Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

100 yaşlı insanların qanının təhlili uzunömürlülüyün sirrini açdı

Tarix: 12-10-2023 11:37     Baxış: 3301 A- / A+

100 yaşlı insanların qanının təhlili uzunömürlülüyün sirrini açdı


Qocalıq dövründə böyrək və qaraciyər parametrləri, həmçinin qlükoza və sidik turşusu səviyyələri diqqətlə izlənməlidir.
Uzunömürlülüyün sirlərini araşdıran beynəlxalq alimlər qrupu uzun onilliklər apardıqları müşahidədən sonra bu qənaətə gəliblər. Araşdırmanın nəticələri “GeroScience” jurnalında dərc olunub.
Alimlər 100 il yaşamış insanlarla bu yaşdan əvvəl ölən insanların biomarker profillərini müqayisə ediblər. Beləliklə, onlar qan tərkibi ilə yüzilliyə qədər sağ qalma şansları arasındakı əlaqəni anlamağa çalışıblar.
“Tədqiqatımıza 64-99 yaşlarında sağlamlıq müayinəsindən keçən 44 min isveçlinin məlumatları daxil edilib. Bu iştirakçılar daha sonra 35 il ərzində İsveç reyestrində izlənilib. Bu insanların 1224-ü (2,7%) 100 yaşa qədər yaşayıb. 100 yaşı olanların böyük əksəriyyəti (85%) qadınlar idi”, - deyə Karolinska İnstitutunun epidemiologiya kafedrasının dosenti, 35 il layihə üzərində işləyən Karin Modiq bildirib.
Tədqiqata iltihab, metabolizm, qaraciyər və böyrək funksiyası, həmçinin potensial qida çatışmazlığı və anemiya ilə bağlı 12 qan biomarkerləri daxil edilib.
Məlum olub ki, 100 yaşa qədər yaşayan insanların 60 yaşından başlayaraq qlükoza, kreatinin və sidik turşusunun səviyyəsi nisbətən aşağı olub. Onların böyük əksəriyyətində şəkərin səviyyəsi 6,5-i keçməyib.
Həmçinin müəyyən edilib ki, ümumi xolesterol və dəmir səviyyəsi aşağı olan insanların 100 yaşa qədər yaşama ehtimalı daha azdır.
“Tədqiqat biomarker dəyərlərinə hansı həyat tərzi faktorlarının və ya genlərinin cavabdeh olduğu barədə aydın nəticələr çıxarmağa imkan vermir. Bununla belə, pəhriz və alkoqolun bunda mühüm rol oynadığını güman etmək məqsədəuyğundur. Böyrək və qaraciyər funksiyasını, eləcə də yaşlandıqca qlükoza və sidik turşusunun səviyyəsini izləmək pis fikir deyil”, - deyə Karolinska Universitetinin alimi bildirib.cebhe.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar