Xəbər lenti
“Putin və Zelenski bəlkə də dil tapa bilərlər, amma...” - Açıqlama
“Ukraynadakı müharibənin yaxın zamanlarda başa çatacağı gözlənilmir”.
Manevr.az xəbər verir ki, bunu sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib. Müsahibimiz qeyd edib ki, döyüşlər hələ uzun müddət davam edəcək:
“Amma həm Rusiya, həm də Ukraynanın imkanları getdikcə tükənir. Tərəflərin bundan sonra ciddi qələbə qazanmaq imkanı yoxdur. Şərqi Avropadakı müharibənin taleyi artıq birbaşa iştirakçılardan, yəni Moskva və Kiyevdən daha çox Vaşinqtondan asılıdır. Ağ Ev Ukraynaya göstərdiyi hərbi yardımın dərəcəsi ilə müharibənin nəticəsinə birbaşa təsir göstərmək imkanına malikdir. Hazırda ABŞ-nin hərbi yardımları, demək olar, Ukraynanın müqavimətinə və müharibənin uzanmasına hesablanıb”.
“Putin və Zelenski bəlkə də dil tapa bilərlər, amma ABŞ buna imkan vermir. Vaşinqton Kiyevi silahlandırmaqla müharibənin uzanmasına şərait yaradır. Hərçənd hərbi yardımın dayandırılması Ukraynanın məhvi deməkdir. Rəsmi Kiyev savaşı uzatmaqdan imtina etsə, Vaşinqton hərbi dəstəyi dayandırmaqla “müttəfiqini” hədələyəcək”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar