Xəbər lenti
“Həmas”ın İsrailə hücumunun arxasında kim dayanır?
İsrail-Fələstin münaqişəsinin tarixi fonunda hərbi toqquşmanın istənilən vaxt baş verməsi təəccüblü deyil, lakin “Həmas”ın qəfil raket hücumuna başlaması “niyə indi?” sualını önə çıxarır. Və diqqəti üçüncü tərəfə, daha çox İranın üzərinə yönəldir.
Xameneyinin hərbi müşaviri Yəhya Rəhim Səfəvi “Həmas”ın hücumunu “nəcib əməliyyat” adlandırıb və qeyd edib ki, “İran qoşunları fələstinlilərlə çiyin-çiyinə” vuruşacaq”.
Tehranın “Həmas”-İsrail müharibəsi və eskalasiyanın daha da genişlənməsində birdən çox marağı görünür:
- İsrail İrana müdaxilə üçün beynəlxalq koalisiyanın yaradılması istiqamətində işləyir: bu ilin əvvəlində İrana dron hücumlarından sonra İsrailin beynəlxalq koalisiya yaratmaq cəhdləri nəticə verməsə də, məsələ hələ də gündəmdədir; Tehranın buna cavab olaraq, İrana müdaxiləyə hazırlaşan İsraili öz evində müharibəyə cəlb etdiyini demək mümkündür;
- İsrail ərəb dünyası ilə problemlərin həlli istiqamətində çalışır, hərçənd, bu müharibə onun ərəb ölkələri ilə münasibətlərini kəskinləşdirəcək: bu, İrana qarşı mümkün cəbhənin qurulmasında İsrailə problemlər yarada, o cümlədən, İran-Səudiyyə münasibətlərinin normallaşması fonunda Tehrana ərəb dünyası ilə “Fələstin məsələsi” üzərindən birləşmək imkanı verə bilər;
- Müharibənin uzanması Türkiyə-İsrail münasibətlərini də gərginləşdirə və təkcə iki ölkənin yox, Bakı-Ankara-Təl-Əviv xəttində də çatlar yarada bilər: kiçik ehtimal kimi görünür, lakin İran bunun baş verməsini çox istəyir;
Müharibənin gedişində Hizbullah və Suriyada İrana bağlı qrupların da İsrailə qarşı hücuma keçməsi, eyni zamanda, üç cəbhədən – Qəzza, Livan və Suriyadan raket zərbələrinin endirilməsi ssenarisi istisna deyil. Səfəvinin dediyi “İran qoşunları fələstinlilərlə çiyin-çiyinə döyüşəcək” sözləri də bununla bağlı ola bilər.
Asif Nərimanlı
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar