Xəbər lenti
Qərbdən Bakıya qarşı qərar gözləyirsiniz? - Karapetyan

Manevr.az xəbər verir ki, bu sözləri erməni mediasına açıqlamasında Ermənistanın Sankt-Peterburqdakı keçmiş baş konsulu Qrayr Karapetyan deyib.
“Fakt budur ki, Qarabağda baş verən hadisələrlə bağlı hazırda Azərbaycana qarşı heç bir sanksiya və ya hüquqi qüvvəyə malik qərar yoxdur”, - o bildirib.
Karapetyan xatırladıb ki, Bakı heç Beynəlxalq Məhkəmənin Laçın yolunun açılması ilə bağlı verdiyi qərara məhəl qoymadı:
“Azərbaycana qarşı daha ciddi qətnamələrə ehtiyac var, lakin Avropa və ABŞ-ı Azərbaycanla birləşdirən çoxsaylı maraqları nəzərə alaraq, Qərbin belə qərarlar verməyə hazır olduğuna şübhə edirəm. Xüsusilə, söhbət Qərbi Azərbaycandan asılı saxlayan enerji resurslarından gedir”.
Karapetyan hesab edir ki, təkcə Avropa deyil, ABŞ da “hərəkətsizdir”:
“ABŞ Azərbaycana hərbi yardım göstərmək qərarını belə ləğv etməyib. Avropadan gələn bəyanatların arxasında isə heç nə yoxdur”.axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar