Xəbər lenti
Taxtabiti təhlükəsi Yunanıstana yayılır

Xüsusilə yay aylarında çoxalan taxtabiti təhlükəsinin Yunanıstanda artdığı açıqlanıb.
Manevr.az xəbər verir ki, Yunanıstan Yataq Böcəklərini Zərərsizləşdirən Şirkətlər Dərnəyinin (SEAME) prezidenti Yorgos Lambru, Yunanıstan Radio və Televiziya Təşkilatı ERT-yə verdiyi açıqlamada, ölkə daxilində, xüsusilə, turizm zonalarında tez-tez görülən taxtabiti səbəbiylə "həyəcan vəziyyətinə" gəldiyini söyləyib.
Böcəklərin baqaj və ictimai nəqliyyat vasitəsi ilə asanlıqla yayıla biləcəyinə diqqət çəkən Lambru, böcəklərin otellərdə, düşərgələrdə və mənzillərdə görüldüyünü bildirib.
Xüsusilə yay aylarında çoxalan yataq böcəyi təhlükəsinin artdığına diqqət çəkən Lambru, əhalinin sağlamlığına mənfi təsir göstərməmək üçün dərman istifadəsində diqqətli olmaq lazım olduğu barədə xəbərdarlıq edib.
Qeyd edək ki, 2024-cü il Paris Olimpiadasına ev sahibliyi edəcək Fransanın demək olar ki, hər yerində rast gəlinən taxtabitilərlə bağlı narahatlıqlar artıb və bu həşərat məktəblərdə də görülüb.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar