Xəbər lenti
İrəvanda sinaqoqa hücum olub

Ermənistanın paytaxtı İrəvanda sinaqoqa molotof kokteyli atılıb və divarları boya ilə zədələnib.
Manevr.az İsrail mətbuatına istinadən xəbər verir ki, İrəvandakı sinaqoqa molotov kokteyli atılıb, pəncərələri sındırılıb, divarlarına boya vurulub. Atılan molotof kokteylinin yanmadığı, konstruksiyaya ziyan dəydiyi bildirilib.
İsrail İctimai Yayım Təşkilatının (KAN) məlumatına görə, hücuma görə məsuliyyəti “Ermənistanın gənc döyüşçüləri” adlı qrup öz üzərinə götürüb. İsraili və dünya yəhudilərini Azərbaycanı dəstəkləməkdə ittiham edən qrup öz bəyanatında “Yəhudilər erməni xalqının düşmənidir” deyib. Sözügedən qrup bu hücumu xəbərdarlıq kimi qiymətləndirib, ABŞ və Avropadakı yəhudi ravvinlərin Azərbaycan administrasiyasına dəstək verəcəyi təqdirdə başqa ölkələrdə sinaqoqları yandırmaqla hədələyib.
Avropada Ravvinlər Konfederasiyasının prezidenti Pinças Qoldşmidt hücumu təhlükəli adlandırıb və Ermənistan administrasiyasını sinaqoqların təhlükəsizliyini artırmağa və antisemit hücuma görə məsuliyyət daşıyanları tapıb məsuliyyətə cəlb etməyə çağırıb.
X sosial media platformasında verdiyi açıqlamada Ermənistan Xarici İşlər Nazirliyi sözügedən hücumu pisləyib və Ermənistanda “nifrət və dözümsüzlüyə yer olmadığını” bildirib.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar