Xəbər lenti
Zelenski Türkiyə səfirini mükafatlandırıb

Ukrayna prezidenti Vladimir Zelenski Türkiyənin Kiyevdəki səfirini Ukrayna qarşısında xidmətlərinə görə ordeni ilə təltif edib.
Manevr.az xəbər verir ki, Zelenski Türkiyənin "Onur Group" şirkətinin İdarə Heyətinin sədri Onur Çetinceviz və Türkiyənin Ukraynadakı səfiri Yağmur Əhməd Güldere ilə görüşüb.
“Onur Group şirkətinə və onun nümayəndələrinə bütün bu günlərdə Rusiya təcavüzünün başlanmasından bəri şəxsən və şirkətlərinin Ukraynada və ukraynalıların yanında qaldıqlarına, Türkiyə ilə birlikdə bizə dəstək olduqlarına görə təşəkkür edirəm”, - deyə Zelenski qeyd edib.
Ukrayna prezidenti şirkətə Ukrayna ordusuna kömək etdiyinə və Ukraynaya texnikanın ötürülməsinə görə minnətdarlığını bildirib.
“Bizim Türkiyə ilə həqiqətən güclü əlaqələrimiz var. Və şəxsən prezident Ərdoğanla. Türk biznesinin Ukraynada təmsil olunması və Ukraynada yerləşməsi də çox vacibdir. Əsas belə daimi tərəfdaşları itirməməkdir”, - prezident bildirib.
Zelenski Ukraynada diplomatik missiyasını başa vuran Türkiyə səfirinə iki ölkə arasında möhkəm münasibətlərin inkişafına verdiyi töhfəyə görə təşəkkür edib.
Ukrayna Prezidenti Ukraynanın dəstəklənməsinə və Ukrayna-Türkiyə əlaqələrinin inkişafına verdiyi töhfələrə görə Yağmur Ahmet Güldere və Onur Çetincevizi 2-ci dərəcəli “Xidmətlərə görə” ordeni ilə təltif edib.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar