Xəbər lenti
Dünyada bir ilk - Kosmosa zibil buraxdıqlarına görə cərimələndilər...
Dünyada ilk dəfə bir şirkət kosmosa zibil buraxdığına görə cərimələnib.
Manevr.az xarici KİV-ə istinadən bildirir ki, ABŞ-ın Federal Rabitə Komissiyası (FCC) Yer orbitində kosmik zibil buraxdığına görə Dish Network-u 150 min dollar cərimələyib. İlk dəfədir ki, bir şirkət kosmosda zibil buraxdığına görə cərimələnib.
FCC, Dish Network-a tətbiq edilən cərimənin köhnə peyk olan EchoStar-7-ni istifadədə olan digər peyklərdən kifayət qədər uzaqlaşdıra bilmədiyi üçün tətbiq edildiyini və peykin Yer kürəsinin orbitində olan digər peyklər üçün potensial risk yaratdığını bildirib.
FCC Mühafizə Bürosunun rəhbəri Loyaal Eqal verdiyi açıqlamada cəriməni kosmos zibilləri üzərində dönüş nöqtəsi kimi qiymətləndirdi:
"Peyk əməliyyatları daha geniş yayıldıqca və kosmos iqtisadiyyatı sürətləndikcə, operatorların öhdəliklərinə əməl etmələrini təmin etməliyik. Bu, FCC-nin işidir, kosmik zibil qaydalarına riayət edilməsində mühüm rol oynayır. Bu, onun güclü icra səlahiyyətinə və potensialına malik olduğunu açıq şəkildə nümayiş etdirir" deyə bildirdi.
Dish Network şirkəti EchoStar-7 peykini 2002-ci ildə kosmosa çıxarıb və peykin ömrü keçən il başa çatıb. Şirkət peyki Yerdən 300 kilometr uzaqlaşdırmalı idi, lakin peykin yanacağı bitdiyi üçün onu 122 kilometr uzaqlaşdıra bilib.
Yer orbitində 10 mindən çox peykin olduğu təxmin edilir.
Kosmik tullantılar Yer ətrafında orbitdə olan, lakin artıq istifadə olunmayan və toqquşma riski altında olan texnologiya parçalarından ibarətdir. 1967-ci ildən bəri Yer orbitinə 10 mindən çox peykin buraxıldığı təxmin edilsə də, bu peyklərin yarıdan çoxu hazırda istifadəsizdir. NASA-nın məlumatına görə, uzunluğu 10 santimetrdən çox olan 25 mindən çox kosmik dağıntı var.
Keçən iyul ayında verdiyi açıqlamada NASA prezidenti Bill Nelson kosmos zibilinin "böyük problem" olduğunu ifadə edərək, "Saatda 17.500 mil orbital sürəti ilə yanlış istiqamətdə gələn bir boya parçası belə kosmosda gəzən astronavta dəyə bilər. Bu ölümcül ola bilər”.
Sevda
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar