Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Diametri 1 km-dən çox olan asteroid Yerin yanından keçəcək

Tarix: 03-10-2023 09:48     Baxış: 4232 A- / A+

Potensial təhlükəyə malik 349507 (2008 QY) asteroidi 34 ildən sonra yenidən Yerə yaxınlaşacaq.


Bu barədə Milli Aeronavtika və Kosmos Administrasiyasının (NASA) Yerəyaxın obyektlərin araşdırma mərkəzi məlumat yayıb.
Göy cisminin planetimizdən təxminən altı milyon kilometr aralı keçəcəyi gözlənilir.
Məlumata görə, 349507 (2008 QY) asteroidi Yerə ən sıx yaxınlaşması oktyabrın 4-də Bakı vaxtı ilə 00:39-da baş verəcək. Bu kosmik obyektlə Yer arasındakı minimal məsafə təxminən 0,042 astronomik vahid və ya təxminən 6,3 milyon kilometr olacaq.
Alimlər asteroidin diametrinin 520 ilə 1,2 min metr arasında olduğunu təxmin edirlər. Onun sürəti saniyədə 20,96 kilometrdir.
349507 (2008 QY) asteroidi ilk dəfə 1989-cu il sentyabrın 30-da kəşf edilib. Bu il fevralın 13-də yenidən görünənədək 33 il yarım elmi ictimaiyyətin nəzərindən kənarda qalıb.
Qeyd edək ki, Yerin orbitindən 7,5 milyon kilometrdən az məsafədə keçən astronomik obyektlər potensial təhlükə hesab olunur.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar