Xəbər lenti
Onlar ətir istifadə edə bilməyəcəklər - Qanun

Hindistanın Mülki Aviasiya Baş İdarəsi (DGCA) pilotlara və kabin heyətinə ətirdən istifadəni qadağan etməyə hazırlaşır.
Manevr.az xəbər verir ki, DGCA alkoqollu məhsulların istifadəsi ilə bağlı qanuna dəyişiklik təklif edib.
Bu barədə "The Hindu" saytı məlumat yayıb.
Tənzimləmə artıq pilotlar və kabin heyəti üçün uçuşdan əvvəl ağız qarqarası və diş geli kimi spirt tərkibli məhsulların istifadəsi ilə bağlı qaydaları ehtiva etsə də, təklif olunan yeni tənzimləmədə ətirdən istifadə də qeyd olunub.
Yeni tənzimləmədə ekipajın ətirdən istifadə etməməsi, əks halda alkotesterlə aparılan testlərin müsbət nəticə verə biləcəyi açıqlanıb.
Səhhətlərinə görə tərkibində spirt olan məhsul və ya dərman istifadə edən ekipaj üzvlərinin uçuşdan əvvəl şirkət həkimi tərəfindən müayinədən keçirilməli olduğu vurğulanıb.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar