Xəbər lenti
ABŞ Serbiyanın Kosovo sərhədinə qoşun yığmasından narahatdır
ABŞ-ın milli təhlükəsizlik müşaviri Jake Sullivan Kosovo baş naziri Albin Kurti ilə telefon danışığında Serbiyanın Kosovo sərhədində hərbi fəaliyyətindən narahatlığını ifadə edib.
Manevr.az xəbər verir ki, bu barədə Ağ Evdən verilən yazılı açıqlamada bildirilib.
Sullivan 24 sentyabr hadisələri zamanı həyatını itirən polis məmuru üçün Kosovoya başsağlığı versə də, Kosovo sərhədində Serb hərbi fəaliyyətindən narahatlığını dilə gətirib.
NATO Sülh Qüvvələrinin Kosovoda (KFOR) regionda mövcudluğunu dəstəkləmək üçün aparılan danışıqlara toxunan Sallivan ABŞ-ın KFOR-a dəstəyini davam etdirəcəyini qeyd edib.
Sullivan və Kurti həmçinin, Kosovo və Serbiya arasında Avropa İttifaqının (Aİ) başçılıq etdiyi dialoqu müzakirə edərkən, Sullivan bunun Kosovoda sabitliyi qorumaq üçün yeganə uzunmüddətli həll yolu olduğunu vurğulayıb.
Qeyd edək ki, Kosovonun şimalında aylardır davam edən gərginlik sentyabrın 24-də səhər saatlarında yolu bağlayan silahlı serblərin əksəriyyəti serblərin yaşadığı Banjskada atəş açması və nəticədə bir polis məmurunun ölümü ilə nəticələnən hadisədən sonra yenidən artıb.
Kosovo Baş naziri Kurti, "peşəkar terrorçu/cinayətkar quruluş" olaraq xarakterizə etdiyi təxminən 30 nəfərlik ağır silahlı qrupun Kosovo polisinə hücum etdiyini və hadisəyə görə Serbiyanın məsuliyyət daşıdığını açıqlayıb.
Kosovanın daxili işlər naziri Banjska monastırı və ətrafına sığınan silahlı qrup Kosovo polisi tərəfindən mühasirəyə alındığını və gün ərzində bölgədə qarşıdurmaların davam etdiyini bildirib.
Serbiya prezidenti Aleksandar Vucic Kosovo polisinin ölümü ilə nəticələnən insidentin Kosovo serbləri tərəfindən törədildiyini təsdiqləyib.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar