Sizin Reklam Burada
Xəbər lenti
19-08-2025
18-08-2025
BÜTÜN XƏBƏRLƏR

Putin separatçıları təbrik etdi

Tarix: 30-09-2023 11:32     Baxış: 3404 A- / A+


Putin separatçıları təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin Gürcüstan ərazisindəki separatçı “Abxaziya Respublikası”nın başçısı Aslan Bjaniyanı “milli bayram” – “qələbə və müstəqillik günü” münasibətilə təbrik edib.
Məlumat Kremlin saytında dərc olunub.
Putin bildirib ki, Rusiya bundan sonra da “Abxaziya Respublikası”nın “hakimiyyət orqanları”na və xalqına aktual sosial-iqtisadi problemlərin həllində, eləcə də milli təhlükəsizliyin təmin edilməsində hər cür yardım göstərmək niyyətindədir.
Putin ikitərəfli münasibətlərin müttəfiqlik və strateji tərəfdaşlıq ruhunda inkişaf etdiyini də vurğulayıb.
Sentyabrın 30-da qondarma “Abxaziya Respublikası” 1992-1993-cü illərdə gürcü-abxaz müharibəsindəki qələbənin 30-cu ildönümünü qeyd edir.
1992-ci il avqustun 14-də Gürcüstan Qvardiyasının silahlı birləşmələri Abxaziya ərazisinə daxil olaraq separatçılıqla mübarizəyə başlayıb. Rusiyanın abxaz separatçılarına dəstəyi və müharibəyə müdaxiləsi Gürcüstanın geri çəkilməsilə nəticələnib. Müharibə 1993-cü il sentyabrın 30-da Gürcüstan Dövlət Şurasının qoşunlarının Abxaziya ərazisindən çıxarılması ilə başa çatıb.
Münaqişənin siyasi yolla həlli cəhdləri nəticə verməyib. Gürcüstan “Abxaziya Respublikası”nı müstəqil dövlət kimi tanımır və onu özünün regionu hesab edir.
Moskva isə 2008-ci il avqustun 26-da “Abxaziya Respublikası”nın suverenliyini tanıyıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar