Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

Rusiya müdafiə xərclərini artırır

Tarix: 28-09-2023 18:59     Baxış: 3380 A- / A+

Rusiya mətbuatında çıxan xəbərlərdə Rusiya Maliyyə Nazirliyinin hazırladığı büdcə layihəsində 2024-cü ildə müdafiə xərclərini bu illə müqayisədə 68 faiz artıraraq 10,8 trilyon rubla (təxminən 111 milyard dollar) çatdırmağı planlaşdırdığı bildirilib.

Manevr.az xəbər verir ki, mövzu ilə bağlı jurnalistlərə açıqlama verən Peskov belə bir artımın tamamilə zəruri olduğunu bildirib.
“Bu, mütləq lazımdır. Biz xüsusi hərbi əməliyyat aparırıq, çünki bizə qarşı başlanmış hibrid müharibə vəziyyətində yaşayırıq və bu, yüksək xərc tələb edir”,- Peskov deyib.

Rusiyanın maliyyə naziri Anton Siluanov paytaxt Moskvada keçirilən tədbirdə büdcəni hazırlayarkən cəbhədəki vəziyyəti nəzərə aldıqlarını qeyd edib.
"Büdcəmizin strukturu göstərir ki, əsas vurğu qələbəmizi təmin etməkdir. Bu, büdcəyə kiçik təzyiq deyil, lakin bizim mütləq prioritetimizdir",- deyə nazir vurğulayıb.

Rusiya Maliyyə Nazirliyinin açıqladığı məlumatlara görə, bu ilin ilk 8 ayında ölkə büdcəsində 2,3 trilyon rubl (təxminən 23,5 milyard dollar) kəsir yaranıb.

Sevinc
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar