Xəbər lenti
İrəvandan tarixi qərar: Putinlə bağlı sənəd göndərildi
Ermənistan parlamentinin Dövlət və Hüquq Məsələləri Komitəsinin iclasında Roma Əsasnaməsinin ratifikasiyası layihəsi yekdilliklə qəbul edilib.
Manevr.az xəbər verir ki, iclasda iştirak edən jurnalistlər bu qərardan sonra Rusiya Prezidenti Vladimir Putinin Ermənistana səfəri zamanı həbs olunma ehtimalı ilə bağlı deputatlara sual ünvanlayıblar.
Ermənistan parlamentinin beynəlxalq hüquq məsələləri üzrə nümayəndəsi Yeqişe Kirakosyan Kremlə təklif göndərildiyini deyib:
“Dövlət başçılarına toxunulmazlıq verilir. Hesab edirəm ki, burada heç bir həbsdən söhbət gedə bilməz. Rusiyalı tərəfdaşlarımıza Roma Əsasnaməsinin 96-cı maddəsinin 2-ci hissəsinə uyğun olan bir neçə həll yolu təklif etmişik. Təklifdə bəzi müttəfiq dövlətlərin narahatlıqlarını aradan qaldırmaq üçün müəyyən təminatın yaradılması nəzərdə tutulur. Bu çərçivədə ikitərəfli saziş imzalaya bilərik. Vahid mətn aylar əvvəl mütəffiqlərimizə göndərilib, cavab gözləyirik”.
Qeyd edək ki, Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbsi üçün beynəlxalq order verib. Buna əsasən Putin Roma Əsasnaməsinin 8-ci maddəsinin (2)(a)(vii) və (2)(b)(viii) bəndlərinə zidd olaraq uşaqların işğal olunmuş Ukrayna ərazilərindən qeyri-qanuni deportasiyası və transferinə görə məsuliyyət daşıyır. O, Roma Əsasnaməsini ratifikasiya edən ölkələrə səfər edəcəyi halda həbs oluna bilər.globalinfo.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar