Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

ABŞ Polşaya 2 milyard dollar kredit verir

Tarix: 26-09-2023 15:18     Baxış: 3444 A- / A+

ABŞ ilə Polşa arasında 2 milyard dollarlıq Xarici Hərbi Maliyyələşdirmə (FMF) birbaşa kredit müqaviləsi imzalanıb.
Manevr.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən verilən yazılı açıqlamada bildirilib.
Bəyanatda ABŞ-ın “sadiq müttəfiqi” olan Polşanın təhlükəsizliyinin NATO-nun şərq cinahının kollektiv müdafiəsi üçün həyati əhəmiyyət kəsb etdiyi vurğulanıb və beynəlxalq  yardımın qonşusu Ukraynaya çatdırılmasında, müdafiə investisiyaları ilə regional təhlükəsizliyi gücləndirməkdə mərkəzi rol oynayan Polşanın qətiyyətinə işarə edilib. 

Açıqlamada qeyd edilir ki, Polşa özünün çox milyard dollarlıq iddialı müdafiə modernləşdirilməsi proqramının bir hissəsi olaraq ordusunu əhəmiyyətli dərəcədə genişləndirməyi və “Rusiya mənşəli köhnə hərbi texnikasını məhv etməyi” planlaşdırır.

Bəyanatda həmçinin vurğulanıb ki, saziş Polşanın hərbi modernləşdirmə səylərini irəli aparacaq və Polşaya veriləcək kredit NATO-nun şərq cinahının müdafiə və çəkindirmə gücünün gücləndirilməsinə əhəmiyyətli töhfə verəcək.

Sevinc
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar