Xəbər lenti
Almaniya gələn il qaçqınlara yardımı iki dəfə azaldacaq - "Reuters"
Almaniya gələn il qaçqınların qəbulu və inteqrasiyası xərclərini ödəmək üçün federal əyalətlərə ayrılan yardımın məbləğini iki dəfə azaltmağı planlaşdırır. Bu qərar bir neçə illik böyük xərclərdən sonra artan inflyasiyanın fonunda büdcə xərclərinin azaldılması tədbirləri çərçivəsində qəbul edilib.
Manevr.az bildirir ki, bu barədə Qaynarinfo "Reuters”ə istinadən xəbər verir.
Rusiyanın Ukraynaya təcavüzündən bu yana 1 milyondan çox insan Almaniyaya sığınıb və onların dəstəyi ölkənin şəhər və bələdiyyələrinin üzərinə yük qoyur. Almaniyanın 16 əyaləti gələn il qaçqınların xərclərini ödəmək üçün daha çox federal vəsait tələb edir.
Bazar ertəsi Berlin əyalətləri məlumatlandırıb ki, 2024-cü ildə qaçqınlara dəstək üçün bu ilki 3,75 milyard avrodan maksimum 1,7 milyard avro ayrılacaq.
Almaniya hökuməti növbəti illərdə 2023-cü il səviyyəsində vəsait ayıracağına söz verməyib.
Maliyyə nazirliyinin nümayənfəsi, federal və əyalət hökumətləri arasında məsələlərə dair bazar ertəsi keçirilən görüşün heç bir nəticə vermədiyini söyləyib.
"Əsasən, əyalətlər qaçqınların yerləşdirilməsi və onlara qayğı göstərilməsi üçün məsuliyyət daşıyır. Federal hökumət milli aspektdən xəbərdardır", - rəsmi əlavə edib.
Mənbələr əlavə edib ki, hökumət ukraynalı qaçqınların qayğısına qalmaq və onların inteqrasiyası xərclərinə verdiyi töhfəni ləğv edəcək.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar