Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Dünyanın ən sağlam insanlarının YAŞADIĞI ƏRAZİLƏR

Tarix: 23-09-2023 21:29     Baxış: 4252 A- / A+


Dünyanın ən sağlam insanlarının YAŞADIĞI ƏRAZİLƏR
Dünyanın ən sağlam insanlarının yaşadığı yerlərin adı açıqlanıb.
Xarici KİV  xəbər verir ki, "National Geographic"də tədqiqatçı Dan Buettner on ildən artıq zamanını dünyanın hər yerində uzunömürlülük zonalarının tapılmasına sərf edib.
O, nəinki yüz il yaşayan insanların, hətta qocalığı xəstəliksiz qarşılayanların da yaşadığı yerləri tapa bilib.

İkariya (Yunanıstan)

Şəhər Egey dənizində Türkiyə sahillərindən təxminən 13 kilometr aralıda, dünyada ölüm və demans hallarının ən aşağı olduğu adada yerləşir. Məsələ burasındadır ki, yerli əhali tərəvəz və sağlam yağlarla zəngin olan ənənəvi Aralıq dənizi pəhrizinə riayət edir, süd, həmçinin ət məhsulları isə çox nadir hallarda istehlak olunur.
Okinava (Yaponiya)

Asiya ölkələrinin sakinləri uzun ömürlü hesab olunurlar, çünki onların pəhrizi digərlərindən təəccüblü şəkildə fərqlənir. Okinava adası buna sübutdur.
Bu adada uzunömürlü qadınlar yaşayır. Əsas qidalar Okinava şirin kartofu, soya paxlası, sarıkök və goyadır (acı qovun). Beləliklə, düzgün qidalanma bədəninizi sağlam saxlamağa və qocalığa qədər problemsiz yaşamağa imkan verir.
Region Oqliastra (Sardinia)

Okinavadan fərqli olaraq, İtaliya adasının dağlıq ərazilərində uzunömürlü kişilər yaşayır. Bu, əhalinin aşağı zülallı qida rasionuna riayət etməsi ilə əlaqədardır ki, nəticədə 65 yaşa qədər insanlar arasında ölüm, şəkərli diabet və xərçəngə yoluxma halları aşağı düşür.
Loma Linda (Kaliforniya)

Burada bir çox Yeddinci günün Adventistləri yaşayır - İsa Məsihin İkinci Gəlişinə inanan və On Əmrə əməl edən, o cümlədən Şənbə gününə hörmət edən insanlar. Bəziləri orta ABŞ vətəndaşından 10 il daha çox sağlam yaşayır.
Yeddinci günün Adventistləri taxıl, meyvə, qoz-fındıq və tərəvəzləri ehtiva edən bibliya pəhrizinə riayət edirlər.
Nikoya yarımadası (Kosta Rika)

Mərkəzi Amerikanın bu bölgəsi orta yaşda ən aşağı ölüm nisbətinə malikdir və burada, Sardiniya Oqliastrasında olduğu kimi, yüz yaşlı kişilər daha çoxdur. Uzunömürlülüyün sirri dini icmalarda, dərin sosial əlaqələrdə və müntəzəm orta fiziki fəaliyyətdədir.lent.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar