Xəbər lenti
Peruda qazıntılar zamanı 8 mumiya tapılıb - Şəkil

Arxeoloqların bir çox tarixi təbəqələri olan "soğan" kimi xarakterizə etdiyi 10 milyon əhalisi olan Lima şəhərində təbii qaz işlərində aparılan qazıntılar zamanı tarixi qalıqlar tapılıb.
İnkadan əvvəlki dövrə aid 8 mumiya və əşyalar tapıblar.
Manevr az xarici mətbuata istinadən xəbər verir ki, şəhərdə təbii qaz paylayan Calidda şirkətində çalışan arxeoloq Jesus Bahamonde verdiyi açıqlamada şirkətin qaz xətlərini genişləndirmək üçün apardığı 19 illik qazıntılar zamanı mumiya, dulusçuluq və tekstil məmulatları da daxil olmaqla 1900-dən çox müxtəlif arxeoloji əsərin aşkar edildiyini bildirib.

Şəhərdə 400-dən çox böyük arxeoloji abidənin olduğu bildirilir.
Arxeoloqlar tapıntıların İnkadan əvvəlki dövrə aid olduğunu düşünürlər.
Tarixi məlumatlara görə, Lima ətrafındakı İçma hakimiyyəti eramızın 1100-cü illərində başlayıb və 15-ci əsrin sonlarında İnka İmperiyasının nəzarəti altına düşənə qədər davam edib.
Sevinc
Manevr az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar