Xəbər lenti
Görünməmiş hadisələr olacaq - XƏBƏRDARLIQ
Almaniyada yerləşən Maks Plank İnstitutunun "Geophysics" elmi jurnalında dərc edilən araşdırması Türkiyə üçün gözlənilən təhlükəni bir daha ortaya çıxıb.
Manevr.az xarici KİV-ə istinadən xəbər verir ki, Şərqi Aralıq dənizi və Yaxın Şərq yaxın gələcəkdə görünməmiş ekstremal hava hadisələri ilə sarsılacaq. Türkiyə də daxil olmaqla, region ölkələrində qarşıdakı illərdə isti dalğaları, quraqlıq, toz fırtınaları və həddindən artıq yağış kimi böhranlar yaşanacaq.
Bölgədə bu əsrin sonuna qədər temperaturun normadan çox artacağı, xüsusilə yay aylarında görünməmiş yandırıcı istilərin yaşanacağı təxmin edilir.
"Reviews of Geophysics" elmi jurnalında dərc edilən araşdırmada, lazımi tədbirlər dərhal alınmazsa, Şərqi Aralıq dənizi və Yaxın Şərqin çox ciddi bir iqlim böhranının təsiri altına düşəcəyi bildirilib.
Araşdırmalara görə, yağıntının miqdarının azalması ilə bölgə çox ciddi su və qida böhranı yaşayacaq, bütün iqtisadi sektorlar böhrandan təsirlənəcək və bölgədə yaşayan 400 milyon insan çox dağıdıcı təsirlərlə üzləşəcək. Suyun səviyyəsi artdıqca, sahilyanı ərazilər və əkinçilik sahələri bir çox yerlərdə yox olacaq.
Türkiyə ilə yanaşı Yunanıstan, Qətər, Suriya və Səudiyyə Ərəbistanı da iqlim böhranından zərər çəkəcək ölkələr sırasına daxil edilib.publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar