Xəbər lenti
"American Airlines" təyyarələrində sertifikatsız hissələr tapıb

“American Airlines” öz təyyarələrində sertifikatsız hissələr aşkar edib.
Manevr.az xəbər verir ki, bu barədə şirkətin sözçüsü Bloomberg-ə bildirib.
Bloomberg Federal Aviasiya Administrasiyasına (FAA) istinadən yazır ki, sənədlərinin saxta olduğu iddia edilən hissələri Britaniyanın AOG Technics Ltd şirkəti istehsal edib. Agentlik qeyd edir ki, “American Airlines” Britaniya istehsalı olan hissələrin müvafiq sertifikatlaşdırmadan alınmasından təsirlənən yeganə aviaşirkət deyil.
"Daxili baxışımız, eləcə də təchizatçılarımızla əməkdaşlığımız nəticəsində az sayda təyyarədə sertifikatlaşdırılmamış hissələri müəyyən etdik, onların hamısı dərhal dəyişdirilmək üçün istismardan çıxarıldı" ,- aviaşirkətin sözçüsü deyib.
O, həmçinin qeyd edib ki, "American Airlines" tədarükçülərlə işləməyə davam edəcək və gələcəkdə belə hissələrin Amerika aviadaşıyıcısının təyyarələrində istifadə olunmamasını təmin etmək üçün Federal Aviasiya Administrasiyası (FAA) ilə əlaqələndirəcək.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar