Xəbər lenti
Aİ məşhur çip istehsalçısı şirkəti 376 milyon avro cərimələyib

Avropa İttifaqı (Aİ) ABŞ-ın Intel şirkətini çip bazarında rəqabət qaydalarını pozduğuna görə 376 milyon 360 min avro cərimələyib.
Maner.az xarici KİV-ə istinadən xəbər verr ki, AB Komissiyası ABŞ-da yerləşən çip istehsalçısı Intel-i bazardakı hökmranlığından sui-istifadə etdiyi səbəbilə "yenidən" cərimələmək qərarına gəldiyini açıqlayıb.
Açıqlamada, Intel-in Aİ-nin antiinhisar qaydalarını pozduğu və rəqiblərini müvafiq bazardan kənarlaşdırmağa yönəlmiş təcrübələrlə məşğul olduğu bildirilib. Qeyd edilib ki, cərimə qərarı Intel-in 2002-2006-cı illər arasında kompüter istehsalçıları Hewlett Packard, Acer və Lenovo-ya rəqib şirkətlərin mərkəzi prosessorlarının bazara çıxarılmasını gecikdirmək və onların satış kanallarını məhdudlaşdırmaq üçün etdiyi ödənişlərə görə verilib.
2009-cu ildə Aİ Komissiyası ABŞ-ın Intel şirkətini kompüter istehsalçılarına endirimlər tətbiq edərək bazarda rəqabətə zidd davranışlar nümayiş etdirdiyi səbəbilə 1,06 milyard avro məbləğində cərimə etmişdi. Intel bu cəzaya qarşı hüquqi mübarizəyə başlaamışdı.
Aİ-nin ən yüksək məhkəməsi olan Avropa Ədalət Məhkəməsinin strukturuna daxil olan AB Baş Məhkəməsi 13 il əvvəl Intel-ə 1,06 milyard avro cərimə kəsən Komissiya qərarını 2022-ci ildə ləğv etmək qərarına gəlib.
Məhkəmə Komissiyanın İntel-ə qarşı cəriməni nəzərdən keçirməsinin natamam olduğunu və şirkətin tətbiq etdiyi endirimlərin rəqabət əleyhinə təsir göstərib-götürməməsi ilə bağlı lazımi hüquqi standartlara əməl edilmədiyinə qərar verib. Yeni cəza ilə AB Komissiyası söz mövzusu rəqabət faylı daxilində dəyişikliklər edib.
Aİ Komissiyası Aİ-də fəaliyyət göstərən şirkətləri öz sektorlarında rəqabətə zidd vəziyyətin olub-olmadığını yoxlamaq səlahiyyətinə malikdir.
Aİ Komissiyası araşdırma zamanı rəqabət və ya antiinhisar qanunlarını pozan vəziyyət aşkar edərsə, buna son qoyur və şirkətlərə yüksək cərimələr tətbiq edir.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar