Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Hindistan parlamentində qadınların təmsilçiliyi 33 faiz olacaq

Tarix: 22-09-2023 14:51     Baxış: 3269 A- / A+

Hindistanda 2029-cu ilə qədər parlamentin aşağı palatasında və əyalət məclislərində yerlərin 33 faizinin qadınlara ayrılmasını nəzərdə tutan qanun layihəsi parlament tərəfindən qəbul edilib.

Manevr.az xəbər verir ki, Maliyyə naziri Nirmala Sitharaman dünən parlamentin yuxarı palatasındakı çıxışında qadınların bərabər şəkildə təmsil olunmasına yönəlmiş hüquqi tənzimləmənin 2029-cu ildə keçiriləcək seçkilərdə qüvvəyə minəcəyini açıqlayıb.

2029-cu ilə kimi parlamentin aşağı palatasında və ştat məclislərində yerlərin 33 faizinin qadınlara ayrılması ilə bağlı hüquqi tənzimləmə parlamentin hər iki palatası tərəfindən təsdiqlənib.

Sözügedən tənzimləmə müxalifətin də dəstəyini alsa da, gec tətbiqinin (2029-cu ildə) qadınlara qarşı haqsızlıq olacağı iddia edilərək 2024-cü ilin mayında keçiriləcək ümumi seçkilərdə tətbiq edilməsi çağırışı var.

Ədliyyə naziri Arjun Ram Meqva diqqətə çatdırıb ki, beynəlxalq miqyasda qadınların siyasətdə təmsil olunma nisbəti təxminən yüzdə 24 olsa da, Hindistanda əhalinin təxminən 48 faizini təşkil edən qadınların parlamentdəki təmsilçiliyi 15,1 faizdir.

Hakim Bharatiya Janata Partiyası (BJP) 1996-cı ildən müxalifət partiyalarının dəstəyi ilə qadınların bərabər şəkildə təmsil olunmasına yönəlmiş hüquqi tənzimləmə üzərində işləyərkən, ştatlarda yerli partiyaların etirazları ilə üzləşməyin prosesi uzatdığı bildirilir.

Digər tərəfdən, Hindistanda qadınların kişilərə nisbətən daha məhdud hüquqları olduğu bilinir.

Sevinc
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar