Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Stoltenberq: Ukraynanın müharibədə qələbəsini təmin etmək ABŞ və NATO-nun maraqlarına uyğundur

Tarix: 22-09-2023 13:54     Baxış: 3216 A- / A+
NATO, müttəfiq ölkələr və Alyansın tərəfdaşları açıq şəkildə başa düşürlər ki, Ukraynanın Rusiya təcavüzünə qarşı mübarizədə qələbəsi onların öz təhlükəsizlik maraqlarına uyğundur və onlar Ukraynanı dəstəkləməyə davam edəcəklər.
Manevr.az xarici mediaya istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Nyu-Yorkda Beynəlxalq Münasibətlər Şurasında açıq mühazirə zamanı deyib.

“Mənim üçün bu həftənin əsas məqsədi və əsas vəzifəsi bir çox başqa şeylərlə yanaşı, Ukraynaya dəstəyi səfərbər etməkdir. Vilnüsdə (iyulda Alyansın sammiti zamanı - red.) mən hiss etdim ki, NATO-da və tərəfdaş ölkələr arasında anlaşma var: biz Ukraynanı dəstəkləyirik, çünki bu, bizim təhlükəsizlik maraqlarımıza uyğundur ki, Ukrayna suveren müstəqil dövlət kimi qalib gəlsin" - deyə Stoltenberq bildirib.

O qeyd edib ki, Putinin qələbəsi Ukrayna üçün faciə olmaqla yanaşı, NATO müttəfiqləri üçün də son dərəcə təhlükəli olacaq.

“Beləliklə, Birləşmiş Ştatlar Çin və onun Asiyadakı təsirindən narahatdırsa, o, Putinin Ukraynada qələbə qazanmamasını təmin etməlidir. Əgər Ukrayna qalib gəlsə, o zaman biz Avropada ikinci ən böyük orduya sahib olacağıq - bizim tərəfimizdə döyüşlərdə sərtləşmiş Ukrayna ordusu və zəifləmiş Rusiya ordusu olacaq. Avropanın da müdafiə xərclərini artırmasını təmin edəcəyik. Avropanın Çinə də diqqət yetirməsi və Avropadakı vəziyyətlə bağlı daha az narahat olması daha asan olacaq. Putin qalib gəlsə, bunun tam əksi baş verəcək. Beləliklə, Ukraynanın qalib gəlməsini təmin etmək ABŞ-ın maraqlarına uyğundur”, - NATO-nun baş katibi vurğulayıb.

Xəbər verdiyimiz kimi, 19-25 sentyabr tarixlərində Nyu-Yorkda BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi keçiriləcək.

Nigar

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar