Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bu ölkədə siçovulu öldürəni həbs cəzası gözləyir

Tarix: 22-09-2023 12:29     Baxış: 3243 A- / A+

İspaniyada təsdiqlənən yeni heyvan rifahı qanununda "ev heyvanı" termini "onurğalı heyvan" olaraq dəyişdirilib. Yeni qanuna görə, onurğalı heyvanı, o cümlədən siçanı vurmaq, yaralamaq və ya öldürmək həbs və ya cərimə ilə cəzalandırılacaq.
Manevr.az xarici mətbuata istinadən xəbər verir ki, İspaniya Konqresinin təsdiqlədiyi cinayət məcəlləsinə edilən düzəliş, ev heyvanı olmayan onurğalı heyvanın ölümünə səbəb olan hər kəs üçün “6 aydan 18 aya qədər həbs və ya 18 aydan 24 aya qədər ictimai iş” cəzasını nəzərdə tutur.

Onurğalılar kateqoriyasına onurğa və kəllə ilə skeleti olan hər hansı bir heyvan daxildir; Ona görə də balığı, siçanı, iti, kərtənkələni öldürmək eyni cür cəzalandırılır.

Bu qaydaya görə, bağa girən ilanı öldürmək üçün altı aydan on səkkiz aya qədər həbs cəzası tələb olunur.

Dəyişiklik həm də o deməkdir ki, əgər evə girən siçan və ya siçovul vurulub öldürülməsə, ancaq baytarlıq nəzarəti tələb edən xəsarətlərə səbəb olarsa, polisə məlumat verilərsə, onu 3 aydan 12 aya qədər həbs cəzası gözləyir.

Xəsarət almadan pis rəftara məruz qalma hallarında “bir aydan iki ayadək cərimə və ya bir gündən otuz günədək dövlət qulluğu” tətbiq ediləcək.

Belə ki, itinin ipini çəkən və ya pis danışan şəxs cəzalandırıla bilər.

Sevinc
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar