Xəbər lenti
Paşinyan: Bundan əl çəkməyəcəm, bizə sülh lazımdır!
Manevr.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Bu gün biz çətin dövrlərdən keçirik, amma başa düşmək vacibdir ki, niyə bu yolu keçməliyik. Sülh lazımdır. Bu, təhlükəsizliyi, müstəqilliyi, suverenliyi təmin edən amildir. Çoxları hesab edir ki, bu gərgin regional vəziyyətdə sülhdən danışmaq mümkün deyil, lakin məhz bu şəraitdə sülhdən danışmaq lazımdır və bunu atəşkəslə qarışdırmaq olmaz. Bu çətin yol daxili və xarici sarsıntılardan keçir və biz dövlətçilik, müstəqillik, gələcək naminə bu yolu keçməliyik”, - o bildirib.
O vurğulayıb ki, 1991-ci ildə respublikanın SSRİ-dən ayrılması ilə bağlı Almatı bəyannaməsi Ermənistanın müstəqilliyinin əsas amillərindən biridir:
“Məni tənqid edirlər ki, xarici və regional siyasət apararkən 1991-ci il Almatı bəyannaməsinə və bununla bağlı sənədlərə əsaslanıram. Çoxları bu sənədlərə əsaslanan siyasətdən imtina etməyə çağırır. Amma məsələ ondadır ki, bəyannamə və onunla bağlı sənədlər Ermənistanın müstəqilliyinin əsas amillərindən biridir və Ermənistanın müstəqilliyinin siyasi və hüquqi əsaslarını təsbit edir”.
Paşinyan qeyd edib ki, bu siyasətdən əl çəkməyə çağırışlar müstəqillikdən, suverenlikdən və ərazi bütövlüyündən əl çəkməyə çağırışlardır.axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar