Sizin Reklam Burada
Xəbər lenti
02-02-2026
01-02-2026
BÜTÜN XƏBƏRLƏR

Ermənistanda kütləvi həbslər başladı

Tarix: 21-09-2023 08:07     Baxış: 4294 A- / A+
Ermənistanın paytaxtı İrəvanın “Respublika” meydanında 1 saylı Hökumət Evinin qarşısında keçirilən aksiyada iğtişaşlarla bağlı kütləvi həbslər başlayıb.

Bu barədə yerli mətbuat  xəbər verir.

Qeyd edilir ki, aksiya zamanı etirazçıların iğtişaşlara dair ictimai çağırışlardan sonra saat 21:30 radələrində mitinq iştirakçıları hökumət binasının girişinə yaxınlaşıblar. Aksiyaçılar polisin tələbinə tabe olmayaraq, ictimai təhlükəsizliyi təhlükə altına alan iğtişaşlara başlayıblar.

Məlumata görə, xüsusən bir qrup şəxs hökumət binasını mühafizə edən polis əməkdaşlarına hücum edib. Bu zaman tərəflər arasında qarşıdurma baş verib.

Toqquşmalarla bağlı bir neçə nəfər şübhəli şəxs qismində həbs olunub. Ermənistanın İstintaq Komitəsinin İrəvan Şəhər İstintaq İdarəsinin Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən cinayət işi açılıb.

Hazırda araşdırma aparılır, ərazidəki videogörüntülər araşdırılır. Kütləvi iğtişaşların təşkilatçılarının və iştirakçılarının tutulması məqsədilə onların şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir. report

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar