Xəbər lenti
"Barri" dinozavrı Parisdə hərraca çıxarılır - Şəkil
Təxminən 150 milyon il əvvəl, Son Yura dövrünə aid qeyri-adi dərəcədə yaxşı qorunan dinozavr skeleti gələn ay Parisdə hərraca çıxarılacaq.
Manevr.az xarici mətbuata istinadən xəbər verir ki, ilk dəfə 1990-cı illərdə ABŞ-ın Vayominq ştatında aşkar edilən dinozavr 2000-ci ildə adını aldığı paleontoloq Barri Ceyms tərəfindən bərpa edilib.
Keçən il Barrini satın alan İtaliyanın Zoic laboratoriyası hündürlüyü 2,10 metr və uzunluğu 5 metr olan skeletdə növbəti bərpa işləri aparıb.
Satışın reallaşacağı Paris hərrac evi olan Hotel Drouot-dan Alexandre Giquello bildirib ki, bu, çox yaxşı qorunmuş bir nümunədir və olduqca nadirdir. Kəllə nümunəsini götürsək, kəllə 90 faiz tamamlanıb, ümumilikdə, dinozavrın (skeletinin) bərpasının 80 faizi tamamlanıb”.
Məlumata görə, oktyabrın ortalarında satışdan əvvəl ictimaiyyətə nümayiş etdiriləcək skeletin təxminən 1,28 milyon dollara satılacağı gözlənilir.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar