Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Zelenski 3-cü dünya müharibəsi təhlükəsindən danışdı

Tarix: 18-09-2023 12:07     Baxış: 3322 A- / A+

“Dünya nizamı təhlükə altındadır”.
Manevr.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.
“Ukrayna süqut etsə, on ildən sonra nə baş verəcək? Sadəcə bu barədə düşünün. Polşaya çatsa, bundan sonra nə olacaq? Üçüncü Dünya Müharibəsi? Biz bütün dünyanın dəyərlərini müdafiə edirik. Ən yüksək qiyməti isə ukraynalılar ödəyir. Biz həqiqətən azadlığımız üçün mübarizə aparırıq, ölürük. Biz elmi fantastika deyilik, biz kitab deyilik. Biz dünyanı məhv etmək təhlükəsi yaradan nüvə dövlətinə qarşı real mübarizə aparırıq”– deyə Zelenski Amerikanın “60 Dəqiqə” proqramına müsahibəsində bildirib.

“Amerika Birləşmiş Ştatları Ukraynanı maliyyə cəhətdən dəstəkləyir və mən buna görə minnətdaram. Mən sadəcə hesab edirəm ki, onlar təkcə Ukraynanı dəstəkləmirlər. Ukrayna yıxılarsa, Putin sözsüz ki, yoluna davam edəcək. Putin Baltikyanı ölkələrə çatanda Amerika Birləşmiş Ştatları nə edəcək? Polşa sərhədinə nə vaxt çatacaq? Ukrayna daha nə etməlidir ki, hamı bizim böyük minnətdarlığımızı ölçə bilsin? Biz bu müharibədə həlak oluruq. Bütün dünya qərar verməlidir ki, biz Putini dayandırmaq istəyirik, yoxsa dünya müharibəsinə başlamaq istəyirik. Biz Putini dəyişə bilmərik... Keçmişə qayıda bilmərik. Amma biz bunu burada dayandıra bilərik”,- Zelenski vurğulayıb.

Qeyd edək ki, Zelenski bu həftə BMT Baş Assambleyasında çıxış etmək, Ağ Ev və Konqresə səfər etmək üçün ABŞ-a getməyi planlaşdırır.

Sevinc
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar