Rusiyada bütün diqqətlər gələn il keçiriləcək prezident seçkilərinə yönəlib. Qərb mətbuatında yer alan təhlillərdə qeyd olunur ki, Kreml "rekord səs nisbəti" gözləyir və bu səbəbdən ehtiyatlı addımlar atır... Xəbər lenti
Təcili hərəkətə keçdilər - 175 min əsgər...
Rusiyada bütün diqqətlər gələn il keçiriləcək prezident seçkilərinə yönəlib. Qərb mətbuatında yer alan təhlillərdə qeyd olunur ki, Kreml "rekord səs nisbəti" gözləyir və bu səbəbdən ehtiyatlı addımlar atır...Rusiya müxalifət kanalları hökumətin davam edən müharibə üçün ikinci səfərbərliyə hazırlaşdığını və minlərlə insanı ordu sıralarına cəlb edəcəyini iddia edib. Belə olan halda Kremlin prezident seçkiləri öncəsi narazılığın qarşısını almaq üçün təcili hərəkətə keçəcəyi önə sürülüb.
Rusiyanın müxalifət mediası olan "Meduza" xəbər verir ki, səfərbərlik iddiasından sonra Kreml media qurumlarına "təcili nota" göndərib.
İddialara görə, notada səfərbərlik xəbərləri əvəzinə müqaviləli kadrların orduya cəlb edilməsi ilə bağlı detalların yer alması tapşırılıb.
Qeyddə olan təlimatları oxuduğunu iddia edən adı açıqlanmayan bir mənbə "Meduza"ya danışıb: "Hər kəs bilir ki, hökumət bir şeyin olacağını inkar edirsə, deməli, bu, mütləq baş verəcək".
Oktyabrın 1-dən əvvəl 6 aylıq icbari hərbi xidmət müddəti başlayarkən ehtiyatda olanların ikinci dəfə hərbi xidmətə çağırılacağı ilə bağlı xəbərlər də yayılıb. Rusiyanın Telegram kanalları bu məlumatı Rusiya təhlükəsizlik mənbələrindən aldığını iddia edərək, səlahiyyətlilərin növbəti dövrdə 170-175 min əsgər cəlb etmək istədiyini yazır.
Həmçinin bildirilir ki, hökumət yeni səfərbərlik proseslərinə uyğunlaşmaq üçün icbari hərbi xidmətin başlanmasını noyabrın 1-nə keçirməyi planlaşdırır.
ABŞ-da yerləşən Müharibə Araşdırmaları İnstitutu bəyan edib ki, yüksək rütbəli Rusiya rəsmiləri "ikinci səfərbərlik dalğasının zəruriliyi və hazırlıqları ilə bağlı fəal şəkildə razılaşmırlar". musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































