Xəbər lenti
Açıqlaması rezonans doğurdu - “Rusiya üstünüzə gələndə qapımızı döyməyin”
NATO-ya üzv olmaq üçün Türkiyənin təsdiqini gözləyən İsveç PKK terror təşkilatının təxribatçı aksiyalarına və İslam dininin müqəddəs dəyərlərinə hücuma icazə verməkdə davam edir.
Manevr.az teleqraf.com-a istinadən xəbər verir ki, siyasi ekspert Əray Güçlüər Prezident Rəcəb Tayyib Ərdoğanın “Lazım gəlsə, Avropa Birliyi ilə yollarımızı ayıracağıq” açıqlamasını təhlil edib.
“Qarşıdurma Polşadan Finlandiyaya sıçrayanda heç kim qapımıza gəlib İsveçin götürülməsini istəməsin. Bunu açıq şəkildə deyirəm. Yəni bunun bir bədəli var, İsveç Avropanın təhlükəsizliyi deməkdir. İsveçi NATO-ya qəbul etməsəniz, sabah Rusiya qapınıza gələndə Türkiyəni şamla axtaracaqsınız.
Avropanın ikili standartları və ikiüzlülüyü bizə məlumdur. Avropa Birliyi bizim üçün qarşılıqlı qazanc olarsa, bir variantıdır. Bu yoxdursa, yollarımızı ayırırıq. Yollarımızı ayıranda da, dayanıb baxa bilərlər”, - analitik deyib.
Güçlüər bildirib ki, Avropa öz təhlükəsizliyinin qayğısına qalırsa, İsveçi mümkün qədər tez uyğunlaşdırmalıdır:
Prezident Ərdoğan bundan əvvəl Türkiyədən uzaqlaşan AB ilə yolları ayıra biləcəklərini açıqlayıb. Eyni zamanda, terror təşkilatlarına sığınacaq verən İsveçə səslənən Türkiyə lideri onun NATO-ya üzvlüyünün Ankaradan asılı olduğunu xatırladıb.
Türkiyə liderinin mesajı Qərb mediasında da rezonans doğurub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar