Xəbər lenti
Konqresdə yadplentli cəsədi sərgilənməyib - Dünyanı qarışdıran iddia təkzib edildi

Meksika Milli Muxtar Universiteti Meksika Konqresində yadplanetlilər adlandırılan mumiyaların nümayişini təkzib edib.
“Star” qəzeti xəbər verir ki, açıqlamada mumiyaların yadplanetlilər olduğuna dair heç bir elmi sübutun olmadığı bildirilib.
Qeyd edilib ki, yadplanetlilər məsələsi son günlər mətbuatda geniş işıqlandırıldığı üçün universitetin Fizika İnstitutunun tərkibindəki laboratoriya tərəfindən 2017-ci ildə aparılan analizlərin nəticələri yenidən açıqlanıb. Açıqlamada, həmçinin laboratoriyada yaşlarını təyin etmək üçün Peruda mumiyaların üzərində karbon 14 testinin aparıldığı, ancaq testlə yalnız mumiyaların yaşlarının təyin oluna bildiyi vurğulanıb.
Məlumata görə, bu sınaq nəticəsində mumiyaların haradan gəldiyi barədə heç bir fikir əldə etmək mümkün olmayıb.
Qeyd edək ki, UNO tədqiqatları ilə məşğul olan meksikalı jurnalist Ceymi Mausn Meksika Konqresində bümayiş olunan iki mumiyanın yadplanetli cəsədi olmasının sübuta yetirildiyini iddia etmişdi.(ölkə.az)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar