Xəbər lenti
NASA-nın Ayda tərk edilmiş kosmik gəmisi "ay zəlzələlərinə" səbəb ola bilər
Araşdırmalara görə, NASA-nın Ay səthində qalan Apollo 17 kosmik gəmisi "ay zəlzələləri" kimi tanınan kiçik təkanlara səbəb ola bilər.
Manevr.az xarici mətbuata istinadən xəbər verir ki, alimlər onilliklər ərzində ilk dəfə olaraq Ayda tərk edilmiş Apollon 17-nin məlumatlarını yenidən araşdırıblar.
ABŞ Aeronavtika və Kosmik Agentliyin (NASA) Goddard Kosmik Uçuş Mərkəzindən Françesko Civilinin rəhbərlik etdiyi tədqiqatda süni intellektdən istifadə edilib.
Müasir alqoritmlərlə araşdırılan məlumatların təhlilində ilk dəfə olaraq Ayda əvvəllər məlum olmayan seysmik fəaliyyətlər aşkar edilib.
Araşdırmada Ayın səthinin soyuq və isti havaya görə genişləndiyi və büzüldüyü, Ay zəlzələlərini qeyd edən cihazlardan bir neçə yüz metr uzaqlıqda olan Apollon 17-nin eniş modulundan çıxan yüngül təkanların təsbit edildiyi ifadə edildi.
Belə qənaətə gəlinib ki, “qəfil termal ay zəlzələsi” adlanan xüsusi bir növ ay zəlzələsi təbii mənbələrdən deyil, yaxınlıqdakı kosmik gəmilərin qızması və soyuması nəticəsində baş verib.
Araşdırmada bu təkanların qəfil termal ay zəlzələlərindən fərqli olduğu vurğulanıb.
Mütəxəssislər hesab edirlər ki, NASA və tərəfdaşları Ayın səthində daimi bazalar qurduqları üçün ay zəlzələlərini başa düşmək gələcək kəşfiyyatlar üçün vacib olacaq.
ABŞ 1969-cu ildə Apollo 11 ilə ilk astronavtlarını Aya göndərdiyi halda, Neil Armstronq bu macərada Ayın səthinə ayaq basan ilk insan oldu. Missiya zamanı astronavtlar Ayda tapılan qaya və toz nümunələri toplayıblar. NASA-nın 12 iyul 1969-cu ildə başlatdığı Apollon Proqramı çərçivəsində "Apollon 11" missiyası ilə 12 nəfər Ay səthinə endi. Apollon Ay proqramı 1972-ci ildə "Apollon 17" missiyası ilə başa çatdı.
Araşdırma "Journal of Geophysical Research: Planets" jurnalında dərc olunub.
Sevinc
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar