Xəbər lenti
Hər kəsi maraqlandıran sirr çözülür - Kainatda başqa həyat varmı?
Manevr.az teleqraf.com-a istinadən xəbər verir ki, hesabatda NASA-nın kosmik araşdırmalarının tamamilə şəffaf olduğu və yalnız elmi məlumatlara əsaslandığı, indiyə qədər elmi olaraq izah edilən heç bir sirli göy cismi olmadığı bildirilir.
“Keçmişdə və indi həyatın əlamətlərini axtarırıq. Hər şeyin necə əmələ gəldiyini araşdırmaq və soruşmaq bizim DNT-mizdədir”, - NASA rəhbəri Bill Nelson hesabatın təqdim edilməsi mərasimində deyib.
Nelson Yer kürəsinin kainatda həyat olduğu yeganə planet olmadığını bildirib:
“Məndən hələ nə qədər böyük olduğunu anlaya bilmədiyimiz kainatda başqa bir həyat formasının olduğuna inanıb-inanmadığımı soruşsanız, mənim şəxsi cavabım “bəli” olardı. Halbuki biz elm adamlarımızla bunun riyazi mümkünlüyündən danışanda milyardlarla illik qalaktikaların, milyardlarla ulduzun hesablamaları arasında itib gedirik”.
Meksika hökuməti tərəfindən bir müddət əvvəl yayımlanan və yadplanetlilərə aid olduğu iddia edilən mumiyalarla bağlı sualı cavablandıran NASA rəhbəri deyib:
NASA-nın elmi deparatamentinin direktoru Nikola Foks UAP araşdırmasını planetimizin ən böyük sirlərindən biri olaraq səciyyələndirərək, indiyə qədər aparılan tədqiqatlarda əsas problemin məlumat çatışmazlığı olduğunu söyləyib.
Yeni tədqiqat texnologiyalarının gündəmdə olduğunu bildirən Foks yaxın gələcəkdə NASA-nın kosmosdakı müşahidə vasitələrinə UAP müşahidə sensorlarının quraşdırılması və Yerdə araşdırmalar üçün işlərin aparıldığını açıqlayıb. O, NASA-nın kosmosda və UAP araşdırmalarında süni intellektdən ən səmərəli şəkildə istifadə etməyə çalışdığını da vurğulayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar