Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

Avqustun sonundan itkin düşən rusiyalı turistləri bir imza xilas etdi

Tarix: 15-09-2023 07:26     Baxış: 3187 A- / A+
Avqustun sonunda yoxa çıxan yaşlı turistlər vaxtında ehtiyat tədbiri gördükləri üçün xilas olublar. Hadisə Rusiyada baş verib. 70 və 72 yaşlarında olan səyahətçilər günlər sonra Ust-Kamçatka bölgəsində taqətsiz vəziyyətdə tapılıblar.

Bu barədə Rusiyanın Fövqəladə Hallar Xidmətindən xəbər verilib.

Bildirilir ki, turistlər avqustun 4-də Ust-Kamçatka vilayətinin Klyuçi kəndindən yola düşüblər. Onların marşrutu “Podkova” dayanacağından, Boqdanoviç buzlağından, Bezimyannı aşırımından, Tolbaçik aşırımından, Tolud aşırımından keçməli və “Kleşnya” dayanacağında bitməli idi.
Xoşbəxtlikdən onlar marşrutu Fövqəladə Hallar Nazirliyində qeydiyyatdan keçiriblər. Avqustun sonunda onlarla rabitə itib. Bundan sonra qurum axtarış-xilasetmə əməliyyatına başlayır.

“Marşrutlarını qeydiyyatdan keçirdikləri üçün turistlərə afərin. Fövqəladə Hallar Nazirliyi insanların harada olduğunu biləndə bu, axtarışları xeyli asanlaşdırır. Səyahətçilər təyin olunmuş vaxtda geri əılaqə saxlamadıqda, qohumların zənglərini və ya hüquq-mühafizə orqanlarının siqnalını gözləmədən xilasedicilər dərhal bütün gücləri ilə, mümkün resurslardan istifadə etməklə itkin düşənlərin axtarışına başlayırlar”, - deyə Kamçatkanın fövqəladə hallar naziri Sergey Lebedyev bildirib.

Turistlərin axtarışı üçün ümumilikdə 400 kvadrat kilometrdən çox əraziyə baxış keçirilib. Əməliyyat zamanı dronlardan da istifadə edilib.

Nəhayət, günlər sonra onları xilasedicilər helikopterdən görüblər.

Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar