Xəbər lenti
"Vaqner" Ermənistanda inqilab hazırlayır? - Paşinyandan açıqlama

Manevr.az xəbər verir ki, bu barədə Baş nazir Paşinyan parlamentdə sual-cavab sessiyasında deyib.
"Ermənistanın hüquq-mühafizə orqanları mediada yer alan yazılara cavab verməlidir. Bildiyimə görə, bu, cinayət-prosessual məcəllədə də normadır. "Telegram" kanallarında belə bir xəbər çıxıb. Milli Təhlükəsizlik Xidməti öz səlahiyyətləri daxilində dərc edilmiş bu məlumatları yoxlayır", - Baş nazir deyib.
O bildirib ki, burada qeyri-adi heç nə yoxdur.
Nikol Paşinyandan "Ermənistanda Rusiyanın təşəbbüsü ilə mümkün inqilab" ilə bağlı hər hansı narahatlığının olub-olmadığı barədə soruşulduqda, hökumət başçısı qeyd edib ki, bunu yalnız Ermənistan xalqı həyata keçirə bilər. "Və bu inqilabı Ermənistan xalqı etdi", - Paşinyan bildirib.
Qeyd edək ki, ötən həftə bir sıra Ermənistanın hökumətyönlü sosial media səhifələrində bu ölkədə guya "Vaqner"in 3000-dək döyüşçüsünün olduğu və yerli qüvvələrin dəstəyi ilə dövlət çevrilişi həyata keçirərək Baş naziri vəzifəsindən uzaqlaşdıracağı barədə məlumatlar yayılıb.teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar