Sizin Reklam Burada
Xəbər lenti
17-10-2024
16-10-2024
BÜTÜN XƏBƏRLƏR

Qarışqalar Avropanı zəbt edə bilər

Tarix: 13-09-2023 12:46     Baxış: 3251 A- / A+



Avropa ölkələri qırmızı atəş qarışqalarının hücumu təhlükəsi altındadır.
Manevr.az oxu.az-a istinadən bildirir ki, bu fikri Britaniyanın "Guardian" qəzetinin icmalçısı Patrik Barkham bildirib.
Onun sözlərinə görə, güclü neştərə malik olan qırmızı atəş qarışqaları əkin sahələrinə ziyan vurur, həmçinin elektrik avadanlıqlarını, o cümlədən avtomobilləri və kompüterləri sıradan çıxara bilər.
Barkham qeyd edib ki, bu cür qarışqalar artıq İtaliyada kök salıb və qlobal istiləşmə səbəbindən bütün Avropanı tez bir zamanda zəbt edə bilər. Onların ərazi boyu yayılması yerli flora və faunanın sayının və müxtəlifliyinin ciddi azalması ilə müşayiət olunur.
İcmalçı xəbərdarlıq edib ki, qarışqalar tez bir zamanda "superkoloniyalar" yarada bilər və sonra onurğasızları, daha böyük onurğalıları ovlaya, bitkiləri məhv edə və yerli qarışqaları, həşəratları və ot yeyən heyvanları onların yaşadıqları ərazidən sıxışdırıb çıxara bilər.
Barkham, həmçinin vurğulayıb ki, London, Paris, Roma və Barselona kimi Avropanın böyük şəhərlərində mövcud iqlim şəraiti qırmızı atəş qarışqasının yaşaması üçün uyğundur.
Məqalədə qeyd olunur ki, Avstraliya bu qarışqa növünü məhv etmək üçün 200 milyon funt sterlinqdən çox (425 milyon manatdan çox) pul xərcləyib, lakin həşəratı tamamilə məhv etmək mümkün olmayıb.
Daha əvvəl bildirilib ki, Siciliya adasında ən təhlükəli invaziv (kənardan gələn və yerli təbiəti təhlükə altına qoyan) qarışqa növlərindən biri "Solenopsis invicta" aşkar edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar