Xəbər lenti
Elon Mask: Beyin çipinin sınaqları "ölümcül xəstə" primatlar üzərində aparılır
Elon Mask beyin implantı startapı Neuralink-in tədqiqat sınaqları zamanı meymunları öldürməsi ilə bağlı xəbərləri təkzib edib, bunun əvəzinə sınaqların yalnız "ölümcül xəstə" primatlar üzərində aparıldığını iddia edib.Manevr.az xarici mediaya istinadən xəbər verir ki, Neuralink keçən il beyin-kompüter interfeysi texnologiyasının sınaqları zamanı 8 heyvanı evtanaziya etdiyini etiraf etsə də, Məsuliyyətli Həkimlər Komitəsinin (PCRM) meymunlara "həddən artıq ağrı" verməsi ilə bağlı ittihamlarını rədd etdi.
Heyvanların hüquqlarını müdafiə edən qrup Neuralink-i Kaliforniya Universiteti Davis Primat Mərkəzindəki şirkətin laboratoriyasında "heyvanların rifahı haqqında qanunun 9 dəfə pozulduğunu" iddia edərək "qeyri-adekvat heyvan baxımı"nda ittiham edib.
Neuralink-in baş direktoru Elon Mask, əvvəllər Twitter kimi tanınan X-dəki izləyicilərindən biri tərəfindən məsələ qaldırıldıqdan sonra startapın heyvanlar üzərində sınaq təcrübələri haqqında daha ətraflı məlumat verdi.
"Neuralink implantı nəticəsində heç bir meymun ölməyib" deyə Elon Mask X səhifəsində qeyd edib.
Nigar
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































