Xəbər lenti
Rusiyada 167 sərnişini olan təyyarə əkin sahəsinə məcburi eniş etdi
Rusiyanın Soçi şəhərindən 161 sərnişin və 6 ekipaj üzvü ilə havaya qalxan "Ural Hava Yolları"na məxsus təyyarə Novosibirsk vilayətində əkin sahəsinə məcburi eniş edib. Təcili eniş zamanı xəsarət alan olmayıb.Manevr.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyanın Sibir Federal Dairəsinin Omsk şəhərinə getmək üçün Soçidən havaya qalxan Ural Hava Yollarına məxsus Airbus A320 tipli sərnişin təyyarəsi Novosibirsk vilayətində əkin sahəsinə məcburi eniş edib. Aviaşirkətdən verilən açıqlamada, “Eniş heç bir problem olmadan həyata keçirilib. “Təyyarədə 161 sərnişin və 6 ekipaj üzvü olub, xəsarət alan olmayıb”.
Rusiya mətbuatı sərnişin təyyarəsinin texniki səbəblərdən əvvəl Novosibirsk hava limanına eniş tələb etdiyini, daha sonra təyyarənin tarlaya endiyini və sərnişinlərin təxliyə edildiyini bildirib.
Sevda
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































