Xəbər lenti
Paşinyan separatçıların yeni başçısını niyə təbrik etmədi? - Özü açıqladı

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ separatçılarının yeni başçısı Samvel Şahramanyanı niyə təbrik etmədiyindən danışıb.
Manevr.az xəbər verir ki, Paşinyan ölkənin İctimai Televiziyasına müsahibəsində belə deyib: “Vəziyyət elədir ki, təbrik etmək üçün xüsusi bir şey yoxdur və onun üzərinə çox ağır məsuliyyət qoyulub”.
Paşinyan qeyd edib ki, “beynəlxalq birliyin məntiqinə uyğun mövqe sərgiləyirlər”, yəni təbrik etməklə qondarma “seçkini” qınayan beynəlxalq birliyə qarşı getmək istəmirlər.
Paşinyan deyib ki, Ermənistan və Qarabağ separatçıları əlaqə saxlamaqda davam edir. "Hesab edirəm ki, vəziyyəti başa düşmək üçün ilk mənbələrdən məlumat almaq vacibdir”. Baş nazir əmin edib ki, onunla Samvel Şahramanyan arasında “çox yaxşı iş atmosferi və qarşılıqlı anlaşma” var.
Şənbə günü Azərbaycanın beynəlxalq səviyyədə tanınmış və Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti altında olan ərazilərindəki erməni separatçılar özlərinə yeni başçı seçdilər. Xankəndidə keçiriliən qondarma “seçki”ni separatçılar “prezident seçkisi” kimi təqdim etsələr də, xarici dövlətlər və beynəlxalq təşkilatlar separatçıların bu addımını pisləyən bəyanatlar veriblər.
Bu bəyanatları nəzərə alan Ermənistan hakimiyyəti - baş nazir Paşinyan, parlamentin sədri Alen Simonyan, prezident Vaaqn Xaçaturyan Samvel Şahramanyanı təbrik etməyib.modern.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar