Xəbər lenti
Ermənistana gələn ABŞ hərbçiləri geri qayıtmayacaq - Karauz
Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.
General təlimə gələcək ABŞ hərbçilərinin böyük bir qisminin fərqli adlar altında orada qala biləcəyi ehtimalının yüksək olduğunu vurğulayıb:
“Əlbəttə, sözügedən təlimdə əsas məqsəd Rusiyaya siyasi mesaj verməkdir. Ancaq fikrimcə, ABŞ-ın göndərdiyi 85 hərbçinin böyük bir qisminin təlimdən sonra təlim-tədris, təşkilati işlər, hərbi məsləhətçi, müşavir və s. adlar altında Ermənistanda qalma və fəaliyyət göstərmə ehtimalı çox böyükdür. Bu, vəziyyəti daha qarışıq hala gətirəcək, Rusiyanı hiddətləndirəcək və ölkə daxilində hakimiyyət uğrunda mübarizəni qızışdıracaq. Hətta Ermənistanda qalacaq Amerika hərbçilərinin AB-nin oradakı “mülki missiya”sının pərdə arxasında fərqli vəzifələr yerinə yetirən üzvləri ilə birlikdə fəaliyyət göstərəcəyini də təxmin etmək olar. Bütün baş verən hadisələri böyük çərçivədə və hərtərəfli şəkildə görməli, buna görə hazırlığımızı aparmalıyıq. Paşinyan hökumətinin AB missiyasını ölkəyə dəvət etməsini, NATO-nun Avropa İnkişaf Komitəsinin sədri Günter Fehlingerin İrəvanın təşkilata üzvlük təklifini, ABŞ-la birgə keçiriləcək təlimi və digər məsələləri göz önünə aldığımız zaman artıq Qərbin Cənubi Qafqazda Ermənistan üzərindən Rusiyaya qarşı ikinci cəbhə açdığını deyə bilərik.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar