Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Ermənistan-ABŞ təlimlərinə İran razılıq verib - Şahid

Tarix: 08-09-2023 09:14     Baxış: 3244 A- / A+




Ermənistan-ABŞ təlimləri İranın Əfqanıstan və İraqın işğal dövründəki Amerika ilə əməkdaşlığını xatırlatdı. Əslində, Tehran xarici siyasətində ABŞ düşmənçiliyini bir ritorika olaraq istifadə edir. Rejimə bağlı qüvvələri bunun üzərindən səfərbər etməyə çalışır.
Manevr.az xəbər verir ki, bunu Axar.az-a Təbriz Araşdırmalar İnstitutunun mütəxəssisi Babək Şahid deyib.
Onun sözlərinə görə, Tehran hökumətinin Ağ Evlə ortaq əməkdaşlığı yeni məsələ deyil və bu hərbi təlimlər İranın razılığı əsasında keçirilir:
“İranın ABŞ Silahlı Qüvvələri ilə istər Əfqanıstan, istər İraqda əməkdaşlıq içində olduğunun dəfələrlə şahidi olmuşuq. Bunu İran rəsmiləri də etiraf ediblər. Onlar ABŞ qoşunlarına müxtəlif kəşfiyyat məlumatlarının ötürülməsi baxımından meydanda birlikdə hərəkət ediblər. Ermənistan-ABŞ ortaq təlimlərinə İranın səssiz qalmasını bu tarixi keçmiş əsasında dəyərləndirmək olar. Tehran Ermənistan hakimiyyətindən üz çevirməyəcək, hətta deyərdim ki, İranın razılığı və tövsiyəsi ilə bu təlimlər baş tutur. Tehran bu mövzuda səssizliyini qoruyaraq bir daha xarici siyasətində ziddiyətlərin olduğunu, sözü ilə əməlinin üst-üstə düşmədiyini sübut etdi”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar