Xəbər lenti
Ukrayna parlamenti müdafiə naziri Reznikovu vəzifəsindən azad etdi

Manevr.az xəbər verir ki, bu barədə “Holos” parlament fraksiyasının xalq deputatı Yaroslav Jeleznyak “Telegram”da məlumat yayıb.
O qeyd edib ki, müvafiq qətnamənin qəbuluna 327 deputat dəstək vverib.
Oleksii Reznikov 2021-ci il noyabrın 4-dən Müdafiə Nazirliyinə rəhbərlik edib. Bundan əvvəl o, 2020-ci il martın 4-dən 2021-ci il noyabrın 3-dək Baş nazirin müavini, müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir vəzifəsini tutub. 2023-cü ilin yanvarında Müdafiə Nazirliyi ətrafında satınalma korrupsiya qalmaqalı baş verdi. Daha sonra ilk dəfə olaraq müdafiə naziri Oleksii Reznikovun işdən çıxarılması ehtimalı ilə bağlı xəbərlər yayılıb. Lakin bu baş vermədi. Avqust ayında bəzi KİV-lər yenidən hazırkı müdafiə nazirinin istefaya göndərilməsi və onun Ukraynanın Böyük Britaniyadakı səfiri vəzifəsinə təyin oluna biləcəyi barədə məlumat yayıblar. “Holos” fraksiyasından olan xalq deputatı Yaroslav Jeleznyak da oxşar təkliflərlə çıxış edib.
Sentyabrın 3-də prezident Vladimir Zelenski bildirib ki, bir həftə ərzində parlamentə Aleksi Reznikovun müdafiə naziri vəzifəsindən azad edilməsini və Reznikovun yerinə Dövlət Əmlak Fondunun hazırkı rəhbəri Rustem Umerovun təyin edilməsini təklif edəcək.
Sentyabrın 4-də Reznikov istefa ərizəsi ilə Ali Radaya müraciət edib.
Nigar
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar