Xəbər lenti
Bayden namizədlik üçün çox qocadır - ABŞ ictimaiyyəti
ABŞ-da açıqlanan sorğu nəticəsində məlum olub ki, seçicilərin 73 faizi 80 yaşlı prezident Co Baydenin 2024-cü ildə yenidən seçilmək üçün “çox qoca” olduğunu düşünür.
Manevr.az xarici mətbuara istinadən xəbər verir ki, keçmiş prezident Donald Tramp və hazırkı prezident Co Baydenin yaşları nisbətən yaxın olsa da, respondentlərin 73 faizi Baydenin ikinci müddət üçün “çox qoca” olduğunu düşündüklərini və onun yaşı ilə bağlı narahatlıqlarını bölüşdüyünü bildirib.
Respondentlərin 47 faizi ABŞ-ın 77 yaşlı keçmiş prezidenti Donald Trampla bağlı oxşar narahatlığı bölüşüb.
Sorğuya görə, daha çox seçici Trampın prezidentliyi dövründə Baydendən daha uğurlu olduğunu düşündüyünü bildirib. Respondentlərin 51 faizinin Trampı daha uğurlu hesab etdiyi sorğuda yalnız 40 faiz Bayden haqqında eyni fikirdədir.
"Amerika tarixinin ən yaşlı prezidenti" olaraq qeyd edilən və gələn il keçiriləcək prezident seçkilərinə namizəd olan Bayden yenidən seçiləcəyi təqdirdə 82 yaşında vəzifəyə başlayacaq və səlahiyyət müddəti bitdikdə 86 yaşı olacaq.
Baydenin ən populyar Respublikaçı rəqibi Trampın iyun ayında 77 yaşı tamam olub. Bu o deməkdir ki, Tramp seçilərsə, 78 yaşında ikinci dəfə prezident olacaq və onun səlahiyyət müddəti 82 yaşında başa çatacaq.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar