Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Qarğanın "rekord"unu qırdı - 500 il yaşayan köpəkbalığı

Tarix: 04-09-2023 18:05     Baxış: 3156 A- / A+
Tropik Karib dənizində ən uzunömürlü onurğalı olan Qrenlandiya köpəkbalığı tapılıb.

Manevr.az publika.az-a istinadən xəbər verir ki, bioloqlar bu yaxınlarda dəniz tədqiqatına əsasən təbii yaşayış yerindən minlərlə kilometr uzaqda sirli soyuq su köpəkbalığını aşkarlayıblar.
250 ildən 500 ilə qədər heyrətamiz ömür keçirən və Yer kürəsində ən uzunömürlü onurğalı olan Qrenlandiya köpəkbalığı Tropik Karib dənizində kəşf edilib.
Florida Beynəlxalq Universitetinin Yırtıcıların Ekologiyası və Mühafizəsi Laboratoriyasının bioloqu Devanşi Kasana, "Birdən biz suyun səthinin altında çox yavaş hərəkət edən, ləng bir məxluq gördük. Bu, tarixdən əvvəlki dövrlərdə mövcud olacaq bir şeyə bənzəyirdi", - deyə bildirib.
Kəşf "Qrenlandiya köpəkbalığı Arktika sularından Karib dənizinə köç edib, yoxsa həyatının çox hissəsini bölgənin tropik sularının dərinliklərində keçirib?" sualını gündəmə gətirib.
Bu sual cavabsız qalır, lakin daha çox sirli canlıların Karib dənizinin qaranlıq dərinliklərində gizləndiyi ehtimalı yüksəkdir. Qrenlandiya köpəkbalığı minlərlə metr su altında, tam qaranlıqda yaşayır və nadir hallarda rast gəlinir. Onların inanılmaz uzun ömürləri haqqında çox az təfərrüatlar bilinir. Suyun dərinliklərində yavaş-yavaş böyüyür, hərəkət edir və qocalırlar. Enerjiyə qənaət edən, yavaş templi həyat tərzi qida maddələri olmayan dərin dənizlərə mühüm uyğunlaşma hesab olunur.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar