Xəbər lenti
Soçidə Ərdoğanla görüşən əsl Putin deyil? – General Budanovdan ŞOK İDDİA

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Soçidə qəbul edən Rusiya prezidenti Vladimir Putinin səhhəti ilə bağlı Ukraynadan diqqətçəkən iddia gəlib.
Manevr.az sfera.az-a istinadən xəbər verir ki, iddianın sahibi ukraynalı general-mayor Kirilo Budanovdur. Budanov bildirib ki, Rusiya prezidentinin səhhətində ciddi problemlər var və bu səbəbdən prezident ağır vəziyyətdədir.

Onun sözlərinə görə Putin bir ildir, ictimaiyyət qarşısına çıxmır: “O, hətta yataqdan da qalxa bilmir. Bir ildən artıqdır ki, əsl Putin görünmür. Putin səhhətində yaranan problemləri gizlətmək üçün müxtəlif hiylələrdən istifadə edir. Hətta mən Putinin həqiqətən sağ olub-olmadığını bilmirəm”.
Xatırladaq ki, bundan əvvəl Beynəlxalq Münasibətlər İnstitutunun professoru olan Valeri Solovey Putinin səhhətinin pisləşdiyini vurğulamışdı. Onun qənaətincə, əsl Putin 2024-cü il seçkilərində mübarizə apara bilməyəcək:
“Putin yataqdan qalxmaqda və geyinməkdə çətinlik çəkir. O, fiziki olaraq seçim prosesində iştirak edə bilməyəcək”.
Solovey iddia etmişdi ki, Qərb ölkələri ictimaiyyət qarşısına çıxan şəxsin Putinin dublyoru olduğunu bilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar