Xəbər lenti
Ərdoğan Soçiyə gedir: Gündəm taxıl dəhlizidir

Prezident Ərdoğan Rusiya prezidenti Putinlə görüşmək üçün sabah Soçiyə gedəcək. Prezidentlər taxıl dəhlizi sazişinin gələcəyini müzakirə edəcəklər.
Manevr.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Qeyd olunub ki, prezidentlərin Soçi görüşündə həm ikitərəfli, həm də regional məsələləri ətraflı müzakirə edəcəyi gözlənilir. Bununla belə, gündəmin ən mühüm məsələsi Taxıl Dəhlizi olacaq.
Ərdoğanın səfərindən əvvəl xarici işlər naziri Hakan Fidan Moskvada rusiyalı həmkarı Sergey Lavrov ilə görüşüb.
İki liderin danışıqlarda məsələyə daha “strateji” prizmadan toxunacağı nəzərdə tutulur. Dünyanın maraqla gözlədiyi sammitdə Rusiya qazının Türkiyə üzərindən Avropaya nəqli layihəsi də gündəmdə olacaq.
Ərdoğan və Putin Suriya və Ukraynadakı müharibə də daxil olmaqla, regional hadisələri də dəyərləndirəcəklər.
Rusiya ilə Ukrayna arasında əsir mübadiləsinin də gündəmdə olacağı gözlənilir.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar