Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

Konqoda qızıl daşıyan konvoya hücum: 4 ölü

Tarix: 03-09-2023 11:39     Baxış: 3426 A- / A+

Mərkəzi Afrika ölkəsi Konqo Demokratik Respublikasında (KDC) Cənubi Kivu əyalətində Çinin mədən şirkətinə məxsus qızıl daşıyan konvoya silahlı hücum nəticəsində 2-si Çin vətəndaşı olan 4 nəfər ölüb.

Manevr.az xəbər verir ki, yerli rəsmilərin bildirdiyinə görə, Fizi rayonunda Kimbo çayı yaxınlığında baş verən hadisədə hücum edənlər konvoydan külli miqdarda qızıl oğurlayıblar.

Hücumda Konqo Demokratik Respublikasından olan bir əsgər və sürücü, həmçinin Çin mədən şirkətinin 2 əməkdaşı həlak olub, 3 nəfər isə ağır yaralanıb.

Yeraltı sərvətlərlə zəngin olan KDC-də bir çox Çin mədən şirkətləri fəaliyyət göstərir.

Ruanda, Burundi və Tanzaniya ilə həmsərhəd olan Cənubi Kivuda bir çox qeyri-qanuni silahlı təşkilatlar yeraltı sərvətlərə nəzarət etmək üçün silahlı mübarizə aparır.

Sevinc
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar