Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

İndoneziya xarici investorlar üçün qızıl viza sistemi tətbiq edir

Tarix: 03-09-2023 11:19     Baxış: 3327 A- / A+

İndoneziya öz milli iqtisadiyyatını gücləndirmək məqsədilə xarici fərdi və korporativ investorları cəlb etmək üçün “qızıl viza” sistemi tətbiq edir.
Manevr.az  xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ədliyyə və İnsan Haqları Nazirliyinin bəyanatında deyilir.

“Golden Visa” 5 ildən 10 ilə qədər uzun müddətə daimi yaşayış icazəsi verir”, – İmmiqrasiya üzrə Baş Direktor Silmi Kərim açıqlamasında bildirib.

Məlumata görə, beş illik viza fərdi investorlardan 2,5 milyon dollar dəyərində şirkət yaratmağı, 10 illik viza üçün isə 5 milyon dollarlıq investisiya tələb edir.

Bu arada, korporativ investorlar direktorlar və komissarlar üçün beş illik viza almaqdan ötrü 25 milyon dollar sərmayə qoymalıdırlar. Onlar 10 illik viza almaq üçün iki dəfə çox, yəni 50 milyon dollar sərmayə qoymalıdırlar.

Cənub-Şərqi Asiya ölkələrindən birində şirkət qurmaq istəməyən fərdi xarici investorlara fərqli müddəalar tətbiq edilir. Tələblər İndoneziya dövlət istiqrazlarının alınması üçün istifadə oluna bilən 350.000 ABŞ dolları ilə 700.000 ABŞ dolları arasında dəyişir.

"Qızıl viza sahibləri İndoneziyaya gəldikdən sonra artıq icazə üçün müraciət etməli deyillər",- Silmi Kərim deyib.

Dünyanın digər ölkələri, o cümlədən ABŞ, İrlandiya, Yeni Zelandiya və İspaniya, kapital və təşəbbüskar sakinləri cəlb etmək məqsədilə investorlar üçün oxşar “qızıl viza” tətbiq ediblər.

Sevinc
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar