Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

Paşinyan Rusiyanı İTTİHAM ETDİ: "Gec-tez bu regiondan çəkilmək qərarı verəcək"

Tarix: 03-09-2023 09:22     Baxış: 3372 A- / A+


"Rusiya müəyyən addımlar atsa da, atmasa da Cənubi Qafqazdan uzaqlaşır".
Manevr.az xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan “La Repubblica” qəzetinə müsahibəsində deyib.
O, əmindir ki, gec-tez Moskva bu regiondan çəkilmək qərarı verəcək.
Eyni zamanda, Paşinyan Rusiya sülhməramlılarını üçtərəfli razılaşma əsasında nəzarət etdikləri "Laçın dəhlizi"nin təhlükəsizliyini təmin edə bilməməkdə ittiham edib. Siyasətçi bunu Rusiyanın Cənubi Qafqaza marağını itirməsi kimi qiymətləndirib.
Qeyd edək ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən 22 aprel tarixində birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar