Xəbər lenti
Yaponiyada son 125 ilin ən isti yayı yaşanıb

Yaponiya Meteorologiya Agentliyi ölkədə son 125 ilin ən isti yay mövsümünü yaşadığını açıqlayıb.
Manevr.az xarici mətbuata istinadən xəbər verir ki, açıqlamaya görə, iyun-avqust aylarında ölkənin 15 müxtəlif bölgəsində temperatur ölçmələri aparılıb.
Məlum olub ki, yay mövsümündə orta temperaturun kənarlaşması Selsi üzrə 1,76 dərəcə artıb.
İyulun 16-dan avqustun 23-dək ölkə üzrə 915 məntəqədən 106-da qeydə alınan ən yüksək temperatur qeydə alınıb.
"2023-cü ilin yayında Yaponiyanın şimal, şərq və qərbində orta yay temperaturu kifayət qədər yüksəkdir. Yaponiyada orta yay temperaturu 1898-ci ilin yayından bəri ən yüksək göstəricidir", - məlumatda deyilir.
Avqustun əvvəlində şimal-şərqdəki Fukusimada temperatur 40 dərəcə Selsi kimi qeydə alınıb. Bu temperatur Yaponiyada 2023-cü ilin ən isti günü olub.
Sevinv
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar